Skoda və Prado toqquşdu, xəsarət alan var-FOTO
12 avqust 2023 01:48 (UTC +04:00)

Skoda və Prado toqquşdu, xəsarət alan var-FOTO

0

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb. Belə ki, idarəetməni itirən "Skoda" markalı avtomobilin sürücüsü minik vasitəsini "Toyota Land Cruiser” markalı avtomobilə çırpıb. Hadisədə "Skoda" markalı avtomobilin sürücüsü xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası gəlib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Qəzada "Skoda" markalı avtomobil yararsız vəziyyətə düşüb. Digər minik vasitəsinə də ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Baş vermiş hadisəylə bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2296

Oxşar yazılar