Şirvanda dəhşətli qətlə görə cinayət işi başlanıldı
19 iyun 2021 10:34 (UTC +04:00)

Şirvanda dəhşətli qətlə görə cinayət işi başlanıldı

0

İyunun 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü Xəyyam Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fəxrəddin Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1302

Oxşar yazılar