Şirvanda kütləvi zəhərlənmə olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin M. Əsədov küçəsində baş verib. Burada yaşayan 15 yaşlı L. Nəzərova, 23 yaşlı O. Nəzərov və anaları 44 yaşlı S. Nəzərova göbələk salatından zəhərləniblər.
Onlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Araşdırma aparılır.