Şirvanda avtomobil ana və qızını vurdu
20 sentyabr 2021 21:17 (UTC +04:00)

Şirvanda avtomobil ana və qızını vurdu

Şirvanda piyadaları avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad sakinləri, 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızını və onun 15 yaşlı qızı Mirzəyeva Gülgəz Elçin qızını vurub. Yaralılar müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914

Oxşar yazılar