Azərbaycanda qazi qazini  bıçaqladı - YENİLƏNİB
01 yanvar 2025 21:45 (UTC +04:00)

Azərbaycanda qazi qazini bıçaqladı - YENİLƏNİB

Şirvanda baş verən bıçaqlanma ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsini törədən və zərərçəkən Qarabağ qazisidir. Belə ki, hadisəni törədən Qəmbər Salayev və yaralanan Nəsrəddin Abışov Vətən müharibəsi iştirakçısıdırlar.

Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.

***

14:46

Şirvan sakini bıçaqlanıb

Lent.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunu sorğusuna cavab olaraq bildirilib ki, bu gün günorta saatlarında Şirvan şəhər sakini Q.Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N.Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Q.Salayev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

 

***

13:25

Şirvan sakini bıçaqlanıb.

Lent.az-ın məlumatına görə, hadisə  Şirvan şəhərində qeydə alınıb.  Şirvan sakini, 1997-ci il təvəllüdlü Abışov Nəsrəddin Rüstəm oğlu tanışı Qəmbər adlı  şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsinin və qoltuq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819
avatar

Oxşar yazılar