Yeni il gecəsi bir ailə tort yeyib öldü
03 yanvar 2025 15:17 (UTC +04:00)

Yeni il gecəsi bir ailə tort yeyib öldü

Braziliyada bir ailə Yeni il gecəsi tort yedikdən sonra ölüb.

Lent.az “mirror”a istinadla bildirir ki, 43 yaşlı Tatyana Denize Silva dos Anjos, 58 yaşlı Maida Berenis Flores da Silva və 65 yaşlı Neuza Denize Silva dos Anjo yerli “Bolo de Natal” tortunu yedikdən sonra ölüblər. Ailənin daha üç üzvü pisləşib və xəstəxanaya yerləşdiriliblər. Tortu bişirən 61 yaşlı Zeli Terezinha Silva dos Anjos da həmçinin xəstəxanaya aparılıb.

Ailənin 7 üzvü qonaq getdikləri Zelinin evinə toplaşıb və məlum olub ki, onlardan yalnız biri tortu yeməyib. Məlumatlara görə, ölən 3 qadının az miqdarda zəhərli metal arsen aşkar edilib.

Tatyana və Maidanın tortu yedikdən qısa müddət sonra öldüyü bildirilir. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Neuza ertəsi gün dünyasını dəyişib. Maida və Neuza Zelinin bacılarıdır. Məlumata görə, Tatyana Neuzanın qızıdır.

Xəstəxanadan deyilib ki, Tatyana və Maida hər ikisi ürək tutmasından, Neuza isə "qida zəhərlənməsindən sonra şokdan" ölüb.

Polis hər üç qadının ölüm səbəbinin nə olduğunu araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118
avatar

Oxşar yazılar

Bu ölkədə aviareyslər ləğv edilir

Bu ölkədə aviareyslər ləğv edilir

5 yanvar 2025 , 16:13
Beş uşaq yanıb öldü

Beş uşaq yanıb öldü

5 yanvar 2025 , 15:03
Ukrayna genişmiqyaslı hücuma başladı

Ukrayna genişmiqyaslı hücuma başladı

5 yanvar 2025 , 14:04
Ceff Baena, amerikalı ​​​​​​​rejissor

Rejissor evində ölü tapıldı

5 yanvar 2025 , 09:25
Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini HƏBS EDİLDİ

Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini HƏBS EDİLDİ

5 yanvar 2025 , 08:47
İsrail Qəzzanı BOMBALADI:  66 fələstinli öldü

İsrail Qəzzanı BOMBALADI: 66 fələstinli öldü

5 yanvar 2025 , 05:56
1,3 milyon  dollara satılan balıq

1,3 milyon dollara satılan balıq

5 yanvar 2025 , 04:05
Təl-Əvivdə mitinqdən sonra 5 nəfər  saxlanıldı

Təl-Əvivdə mitinqdən sonra 5 nəfər saxlanıldı

5 yanvar 2025 , 03:20