Tramp koronavirusa görə  Çindən trilyonlarla dollar təzminat istəyəcək
03 yanvar 2025 18:22 (UTC +04:00)

Tramp koronavirusa görə Çindən trilyonlarla dollar təzminat istəyəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp koronavirusa görə Çindən trilyonlarla təzminat tələb edəcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş üzvü, Krit Universitetinin Aİ institutlarının professoru Notis Marias deyib.

“Mən güman edirəm ki, Tramp ABŞ və ümumilikdə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, eləcə də Rusiya hökumətinin 300 milyard dollardan çox vəsaitinin dondurulması “nailiyyətlərindən” istifadə edərək, çəkinmədən Çindən koronavirusdan dəymiş ziyana görə təzminat tələb edəcək” deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ konqresmenləri koronavirusun laboratoriya mənşəyini açıqlayıb və Çini günahlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2207

Oxşar yazılar