Türkiyədə qardaş bacısını açıq-saçıq geyimə görə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Bahçelievlər adlanan ərazisində qeydə alınıb.
Küçədə 23 yaşlı F.F. ilə 27 yaşlı bacısı T.F. arasında açıq-saçıq geyim üstündə mübahisə yaranıb. Bu zaman qardaş bacısına bıçaqla bir neçə dəfə xəsarət yetirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları yaralı qadını xəstəxanaya aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, T.F. orada ölüb.
Cinayəti törədən qardaş isə saxlanılaraq, həbs olunub.