Türkiyədə küçədə sevgilisini təhqir edən şəxslə dava edən Davut Atakov bıçaqlanaraq öldürülüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qətllə nəticələnən dava anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Polis qısa müddətdə şübhəli Əli K.Ş.-ni müəyyən edərək onu saxlayıb. Davut Atakov, ağır yaralanaraq aparıldığı xəstəxanada dünyasını dəyişib.
Gənc qız ifadəsində bildirib ki, onlar birlikdə gəzərkən 35-40 yaşlı eynəkli, uzun paltolu kişi ona qışqırıb və ona görə də sevgilisi ilə dava düşüb. Dava zamanı bıçaqla cinayət törədən şübhəli şəxs hadisə yerindən qaçıb. Polis qısa müddətdə şübhəli Əli K.Ş.-nin şəxsiyyətini müəyyənləşdirərək onu saxlayıb. Hadisə zamanı istifadə etdiyi bıçaq şübhəlinin üzərindən tapılıb.