Sərxoş yol polisini  döyüb qarət etdilər
24 avqust 2023 12:54 (UTC +04:00)

Sərxoş yol polisini döyüb qarət etdilər

Sərxoş halda əlbəyaxa dava zamanı Soçidən olan yol polisi mayorunun şəxsiyyət vəsiqəsini, “iPhone 13” smartfonunu və 20 qramlıq qızıl zəncirini oğurlayıblar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 34 yaşlı polis Viktor istirahət günü Vosxod çimərliyində dincəlib və spirtli içki qəbul edib. Gecəyə yaxın çimərlikdə yol polisi mayoru ilə 5 nəfər arasında münaqişə yaranıb.

Dava zamanı müfəttiş başından iki zərbə alıb. Naməlum şəxslər Viktordan sənədlər, telefon və qızıl zəncir oğurlayaraq qaçıblar. Həkimlər mayorun üzərində qançır aşkar edərək onu evə göndəriblər. 

Polis davanın digər iştirakçılarını axtarır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar