Sərxoş sürücü velosipeddə olan əmioğullarını vurdu
21 noyabr 2021 23:18 (UTC +04:00)

Sərxoş sürücü velosipeddə olan əmioğullarını vurdu

1

Saatlıda velosipedlə hərəkətdə olan əmioğlularını avtomobil vurub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Saatlı rayonunun Şirinbəyli kəndində baş verib. 

Hərəkətdə olan velosipeddəki Şirinbəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlunu “VAZ-2107” markalı avtomobil vurub. Hər iki yeniyetmə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, sürücüsü nəqliyyat vasitəsini sərxoş halda idarə edirmiş. Faktla bağlı Saatlı polis şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2094

Oxşar yazılar