Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ 2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü Qismət Xıdırov idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürcünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb.
Avtomobildə olan sərnişinlər- sürücünün həyat yoldaşı 1972-ci il təvəllüdlü Xıdırova Sara Cəlal qızı və oğlu 1991-ci il təvəllüdlü Xıdırov Vəli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.