<span ><b>Sərnişin təyyarəsi  qəzaya uğradı: 62 nəfər öldü -VİDEO</span6>-YENİLƏNİB </b>
09 avqust 2024 23:16 (UTC +04:00)

Sərnişin təyyarəsi qəzaya uğradı: 62 nəfər öldü -VİDEO-YENİLƏNİB

Valinyuş şəhərinin meriyasından bildirilib ki, San-Paulu yaxınlığında qəzaya uğrayan ATR 72-nin göyərtəsində olanlardan heç biri sağ qalmayıb. 

Lent.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Təyyarədə ekipaj üzvləri ilə birlikdə 62 nəfərin olduğu bildilir.

***
23:06

Vinhedo bölgəsinin rəsmiləri Braziliyada baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığını açıqlayıb.

Lent.az xəbər verir ki, təyyarə 58 sərnişin və 4 ekipaj üzvü ilə Kaskaveldən (Parana ştatı) havaya qalxıb Quarulyos (San Paulo) istiqamətində hərəkət edib.

Təyyarə O, Vinhedo şəhərinin yaşayış massivlərindən birinin üzərinə yerə çırpılıb. Hadisə zamanı yerdə xəsarət alan olmayıb.

Qəzanın səbəbi hələ ki, məlum deyil.

***

21:57

Braziliyada qəzaya uğrayan təyyarənin göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olub.

***

21:37

Braziliyada ATR-72 sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qəza San-Paulo ştatıı ərazisində baş verib.

Təyyarə 68 sərnişin qəbul edə bilir. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar