Dekabr ayında ümumi dəyəri 7 milyon 342 min manat оlan qaçaqmal saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin dekabr ayında görülmüş işlərin statistikasında əks olunub.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən, о cümlədən, 3 kiloqram 692 qram qızıl-zinət əşyaları, 150 kiloqram “Farel” balığının kürüsü, bir ədəd pnevmatik tapança, bir ədəd “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırma, müxtəlif tərkibli dərman preparatları, tütün məmulatları və xarici ölkə valyutaları saxlanılıb.
Saxlanılan 150 kilo kürü