Şəmkirdə yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan unla dolu "DAF "markalı avtomobilin qoşqusu qəfil yanmağa başlayıb.
Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb.
Yük avtomobilin qoşqusu və yük yerində olan un kisələri yanğın söndürənlər tərəfindən mühafizə edilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Araşdırma aparılır.
Fuad Nazimoğlu