Şəmkirdə 16 yaşlı qız şantaj olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayon sakini H.R. polisə müraciət edərək naməlum bir kişinin onun 16 yaşlı qızını şantaj etdiyini bildirib.
Ata şikayətində qeyd edib ki, naməlum şəxs şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək qızından külli miqdarda pul tələb edib.
Daxil olan şikayət əsasında araşdırılmalara başlanılıb.