Şəmkir sakini küt alətlə döyülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə sentyabrın 11-də saat 2 radələrində Sabirkənd kəndi ərazisindən kənd sakini Ç.İmanovun qapalı kəllə-beyin travması ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Araşdırmalarla sentyabrın 10-da saat 23 radələrində kənd ərazisində naməlum şəxsin münaqişə zəminində Ç.İmanovu küt alətlə vurub ona təpə sümüklərinin sınığı xəsarətini yetirməsi müəyyən edilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Düyərli kənd sakini M.Dəmirli saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.