Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Məmmədov İsa Anar oğlunu işlədiyi evdə elektrik cərəyanı vurub.
19 yaşlı gənc hadisə yerində ölüb. İlkin məlumata görə, mərhum atası ilə usta işlədiyi evdə elektrik enerjisi ilə ehtiyatsız davranıb.
Faktla bağlı araşdırma aparılır.