Şəmkirdə evə basqın edən maskalılar ŞOKA  düşdülər - TƏFƏRRÜAT -YENİLƏNİB
09 avqust 2021 14:20 (UTC +04:00)

Şəmkirdə evə basqın edən maskalılar ŞOKA düşdülər - TƏFƏRRÜAT-YENİLƏNİB

Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən quldurluqla bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə avqustun 7-də Yuxarı Seyfəli kəndi ərazisində 2 maskalı şəxsin bir evə açıq qalmış qapıdan girib, ev sahibini döyərək ağzını, əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb pul və qızıl əşyalar tələb etmələri, lakin pul və qızıl əşyalar tapa bilmədikləri üçün onun cibindən 6 manat pulunu götürüb oranı tərk etmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Könüllü kənd sakinləri S.Mustafayev və qardaşı oğlu E.Mustafayev saxlanılmış, daha 2 nəfər müəyyən edilib.

S.Mustafayevin evinə baxış zamanı oradan “TT” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb

***

Saat: 14:10

Şəmkirdə evə basqın olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1952-ci il təvəllüdlü Nizami Musayevin evinə basqın edən maskalı şəxslər ev sahibini döyərək əl-qolunu bağlayıblar. Daha sonra maskalı şəxslər evi axtarmağa başlayıb. Lakin evi ələk-vələk edib heç nə tapmayan quldurlar şoka düşərək tez oranı tərk ediblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda həmin şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8247
avatar

Mehman Nəbiyev

Oxşar yazılar