Şəmkirdə  DƏHŞƏTLİ QƏZA:     3 nəfər öldü
16 noyabr 2021 15:44 (UTC +04:00)

Şəmkirdə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun rayonun Qasımallar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2106" hərəkətdə olan "VAZ 2107" markalı avtomobilə çırpılıb. "VAZ 2107"-də olan sərnişinlər – Bayram Gözəlov, Gəncalə Əliyeva və Aliyə Əliyeva hadisə yerində dünyasını dəyişib.

"VAZ 2107"-nin sürücüsünün övladları Yasin və Hüseyn Gözəlovlar və digər sərnişin Hicran Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiliblər.

"Mercedes"in sürücüsü Elməddin Zeynalov və "VAZ 2106"-nın sürücüsü Sənan Allahverdiyev də xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

# 2208
avatar

Oxşar yazılar