Şəmkirdə kürdə batan ana və övladlarının meyti tapılıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, Qazax sakinləri 38 yaşlı Günay Kərimova və onun övladları 15 yaşlı 2 Nurlan Kərimov, 20 yaşlı Akşin Kərimovdur.
***
17:11
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.