Şəmkirdə ağır qəza-Ölən və xəsarət alan var -YENİLƏNİB
18 yanvar 2026 09:22 (UTC +04:00)

Şəmkirdə ağır qəza-Ölən və xəsarət alan var-YENİLƏNİB

0

Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09.05

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar