Ovçu xilasedicini heyvan sanıb  öldürdü
17 yanvar 2026 17:47 (UTC +04:00)

Ovçu xilasedicini heyvan sanıb öldürdü

1

Rusiyanın Sverdlovsk vilayətində bir ovçu Fövqəladə Hallar Nazirliyinin (MÇS) əməkdaşı Oleq Britvini vəhşi heyvan sanaraq ona atəş açıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, hadisə yanvarın 9-u axşam saatlarında Lesnoy şəhərində, keçmiş “Sinyaya ptitsa” düşərgəsinin yaxınlığında baş verib. 

Ovçu Britvini vəhşi heyvan zənn edərək atəş açıb. Nəticədə kişi ağır yaralanıb və həkimlər onun həyatını xilas edə bilməyiblər.

Britvinin 53 yaşı varmış. O, Özbəkistanın Nəvai şəhərində anadan olub, iki uşaq böyüdüb. MÇS-də xidmət etməklə yanaşı, karate məşqçisi kimi də çalışıb, məntəqə seçki komissiyasının üzvü olub və Lesnoy sakinləri arasında böyük hörmət qazanıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 282

Oxşar yazılar