Biznes xəyalı ilə 24 minlik qızılından  oldu - Sumqayıtda DƏLƏDUZLUQ
17 yanvar 2026 17:32 (UTC +04:00)

Biznes xəyalı ilə 24 minlik qızılından oldu - Sumqayıtda DƏLƏDUZLUQ

0

Sumqayıt şəhərində zərərçəkən polisə müraciət edərək 24 min manat maddi vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirib. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar