Gəncədə iki minik avtomobili toqquşdu, bir nəfər xəsarət aldı
17 yanvar 2026 22:44 (UTC +04:00)

Gəncədə iki minik avtomobili toqquşdu, bir nəfər xəsarət aldı

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” ilə “Daewoo Nexia” markalı minik avtomobili toqquşub.

Qəza zamanı avtomobillərin birinin sərnişini 2007-ci il təvəllüdlü Z. Cabbarlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar