17 yaşlı oğlanı elektrik cərəyanı vururaq öldürüb.
Lent.az xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.
2007-ci il təvəllüdlü Həsən Hüseynov Zəyəm-Qovlar yolunda yerləşən işıq dirəyinə çıxmaq istəyərkən 10000 kv.t elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.