Selfi çəkmək istəyən məktəbli qız 18-ci mərtəbədən  yıxılıb öldü
14 sentyabr 2024 14:53 (UTC +04:00)

Selfi çəkmək istəyən məktəbli qız 18-ci mərtəbədən yıxılıb öldü

Rusiyanın Leninqrad vilayətində 6-cı sinif şagirdi hündürmərtəbəli binanın eyvanından yıxılaraq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sosnovı Borda baş verib. 11 yaşlı məktəbli qız selfi çəkmək istəyib və müvazinətini itirərək 18-ci mərtəbədən yıxılıb.

Onu xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Oxşar yazılar