Sankt-Peterburqda 23 yaşlı kişi seksoloq işləyən həyat yoldaşını bıçaqlayıb, sonra 13-cü mərtəbədən atıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, ərlə-arvad arasında mübahisə sentyabrın 22-də axşam baş verib.
Qətlə yetirilən qadının əri ilə münaqişəsi haqda sosial şəbəkədə yazdığı da bildirilir. O, bir neçə həftə əvvəl bir gün onunla pul arasında "seçim etməli" olacağını bildirib.
Gənc ərin həyat yoldaşınını boynuna və başına bıçaqla ən azı 10 dəfə zərbə vurduğu, sonra eyvandan atdığı məlum olub. Bundan bir saat sonra isə polisə gələrək bu əməli torətdiyini etiraf edib.