Şəkil çəkdirmək istəyən qadın "Yanardağ"a düşüb öldü - FOTO
24 aprel 2024 13:26 (UTC +04:00)

Şəkil çəkdirmək istəyən qadın "Yanardağ"a düşüb öldü - FOTO

İndoneziyada çinli qadın turist "yanardağ"a düşərək ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Banyuvanq şəhərindəki Ljen vulkanında baş verib.

Çinli qadın yanardağın kənarında dayanıb və ərindən onun fotosunu çəkməsini istəyib. Bir anda qadın müvazinətini itirərək yanardağa yıxılıb və yanaraq ölüb.

Yalnız 2 saatdan sonra onun meyitinə yaxınlaşmaq mümkün olub. Qadının meyiti dəfn üçün ölkəsinə göndərilib.

# 2451
avatar

Oxşar yazılar