Şəkidə iki "Jiquli" toqquşdu, 5 yaşlı qız  yaralandı
26 oktyabr 2024 13:51 (UTC +04:00)

Şəkidə iki "Jiquli" toqquşdu, 5 yaşlı qız yaralandı

Şəkidə yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Kiçik Dəhnə kəndində baş verib.

Oxud kənd sakini Xəzər Salamovun idarə etdiyi "VAZ-21074" və Cəfərabad kənd sakini Rəşad Rüstəmzadənin idarə etdiyi "VAZ-21099" markalı avtomobillər toqquşub. Nəticədə "VAz-21074"ün sərnişini olan sürücünün 5 yaşlı qızı Dəniz xəsarət alıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Mehman Nəbiyev

Oxşar yazılar