Şəkidə hamı bu kişini axtarır - FOTO
23 sentyabr 2021 12:45 (UTC +04:00)

Şəkidə hamı bu kişini axtarır - FOTO

Şəki şəhər sakini, 1966-ci il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Tofiq Salamovun əlamətləri-boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və  055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

# 1716
avatar

Mehman Nəbiyev

Oxşar yazılar