Şəkidə fərdi yaşayış evi yanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın axşam saat 19:30-da rayonun Kiçik Dəhnə kəndində kənd sakini İlham Kamil oğlu Süleymanova məxsus, ümumi sahəsi 200 kv/m olan birmərtəbəli 5 otaqdan və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın genişlənərək evə bitişik ümumi sahəsi 150 kv/m olan köməkçi tikiliyə də keçib. Köməkçi tikilinin 30 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.