Şəkidə iki yaşlı uşaq ölüb.
Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında rayonun Baş Göynük kənd sakini, 2 yaşlı Ruhəngiz İsrafilovanın vəziyyəti qəfil pisləşib. O, ağır durumda rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ancaq körpə xəstəxanaya çatdırılan kimi dünyasını dəyişib.
Onun ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
Vüqar Heydərov