Şəkidə AĞIR QƏZA: 7 yaralı var
03 yanvar 2023 15:53 (UTC +04:00)

Şəkidə AĞIR QƏZA: 7 yaralı var

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 7 nəfər xəsarət alıb.

Lent.az-ın apa-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Giriş avtomobil yolunun 12-ci kilometrliyində, şəhərin Daşqaya adlanan ərazisində baş verib.

1996-cı il təvəllüdlü Qusar rayonu Kuzunqışlaq kəndində yaşayan Nurlan Fariz oğlu Tayıbovun idarə etdiyi “Toyota Prius” markalı 77 FK 584 dövlət qeydiyyat nişanlı avtomobillə, 1968-ci il təvəllüdlü, Şəki rayonu Aydınbulaq kəndində yaşayan Nəcəfov Azad Əsgər oğlu Nəcəfovun idarə etdiyi “Mersedes 609 D” mikroavtobus markalı 55 BR 379 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəzadan sonra mikroavtobus yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı xəsarət alan 6 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Yaralılardan iki nəfər rayonun Əlyar kənd sakini 1969-cu il təvəllüdlü Şəki rayonu Əliyar kənd sakini Zəminə Ziyad qızı Məmmədova və Aydınbulaq kənd sakini Nüvər Aydın qızı Möhsümova nəzarət üçün xəstəxanada saxlanılıb.

Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3078
avatar

Oxşar yazılar