Şəhid Xudayar Yusifzadənun qohumları dindirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, Fuad Rəsulzadəni döyülməsi ilə bağlı həbs olunan yoxdur: “Xəbər verildiyi kimi artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaqdır”.
Xatırladaq ki, sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadə bir müddət öncə "Tvitter"də "Əhməd" hesabı ilə şəhid Xudayar Yusifzadə barəsində istehza dolu paylaşım etmişdi. Bundan sonra o, həmin paylaşımı özüyazdığını etiraf edib. Ötən gün isə onun naməlum şəxslər tərəfindən döyüldüyü görüntülər sosial şəbəkədə geniş yayılmışdı.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri , polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, həmin görüntülər sosial şəbəkədə yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və cinayət işi başlanılıb:“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.