Şəhid Qurbanzadə Cəmil Astarada torpağa tapşırıldı - FOTO
16 sentyabr 2022 18:42 (UTC +04:00)

Şəhid Qurbanzadə Cəmil Astarada torpağa tapşırıldı - FOTO

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Qurbanzadə Cəmil  Anar oğlu bu gün Astara rayonunda dəfn olunub. 

Lent.az xəbər verir ki, 2003-cü il təvəllüdlü şəhidin nəşi doğulub boya-başa çatdığı Astara rayonuna gətirilib. Daha sonra Qum küçəsindəki qəbirstanlıqda torpağa tapşırılıb. 

Dəfndə Astara Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbi hissənin hərbçiləri iştirak edib. 

Şəhidin ruhuna dualar oxunub, Azərbaycan himni səslənib və yaylım atəşi atılıb. 

Qeyd edək ki, ailəyə yaxın adamların sözlərinə görə, Cəmilin hərbi xidməti başa vurmasına 2 aydan az vaxt qalmışdı. O, iki bacının tək qardaşı idi. 

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusu 77 şəhid verib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri nurla dolsun!

Şəhid Qurbanzadə Cəmil Astarada torpağa tapşırıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528
avatar

Nigar Namiq

Oxşar yazılar