Şəhid hərbçimiz dəfn edildi-YENİLƏNİB
05 may 2021 18:45 (UTC +04:00)

Şəhid hərbçimiz dəfn edildi-YENİLƏNİB

Vətən müharibəsində şəhid olan hərbçimiz Mingəçevirdə dəfn edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. 

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

***

saat 12:05

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini olan döyüşçü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib. P. Tağıyev Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhid bu gün 14.00-da Şəhidlər xiyabanında dəfn olunacaq.

# 8133
avatar

Oxşar yazılar