Şəhər sakini liftin şaxtasına düşüb öldü
25 noyabr 2021 10:06 (UTC +04:00)

Şəhər sakini liftin şaxtasına düşüb öldü

0

 

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən istehsal müəssisələrindən birində qeydə alınıb. Belə ki, müəssisənin əməkdaşı, 1956-cı il təvəllüdlü Əliverdiyev Vaqif Əliverdi oğlu binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyindən o, şaxtaya düşərək ölüb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1873

Oxşar yazılar