Səbuhi Məmmədlinin ürəyi dayanıb və... - TƏBİB-dən AÇIQLAMA
12 yanvar 2024 11:59 (UTC +04:00)

Səbuhi Məmmədlinin ürəyi dayanıb və... - TƏBİB-dən AÇIQLAMA

TƏBİB jurnalist Səbuhi Məmmədlinin durumu ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, tanınmış jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

***

saat 10:54

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. 

Lent.az-ın məlumatına görə, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur. 

Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib. 

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib. 

TƏBİB-dən Lent.az-a bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9558
avatar

Oxşar yazılar