Sayt rəhbərinə HÖKM OXUNDU
22 yanvar 2025 17:43 (UTC +04:00)

Sayt rəhbərinə HÖKM OXUNDU

Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan “Dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.

Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov 8 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar