Saxta COVID  pasportu verən daha bir həkimə cinayət işi açıldı
15 sentyabr 2021 11:15 (UTC +04:00)

Saxta COVID pasportu verən daha bir həkimə cinayət işi açıldı

Zərdab rayon Mərkəzi Xəstəxanasında qanunsuzluq edən şəxslər ifşa edilib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Zərdab rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsində koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda I doza vaksin olunması ilə bağlı rəsmi sənədinə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar