Vladimirdə şauarmadan zəhərlənənlərin sayı 56 nəfərə (13 uşaq da daxil olmaqla) yüksəlib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, laboratoriya müayinələrinin ilkin nəticələrinə görə, kütləvi zəhərlənmənin səbəbi salmonella olub.
Şauarmanın istifadəsi ilə əlaqəli 23 yeni xəstəlik halı müəyyən edilib. Ötən gün 17 zəhərlənmə hadisəsi qeydə alınıb, axşam saatlarında isə zərərçəkənlərin sayı 33 nəfərə çatıb.
Zərərçəkənlərdə qızdırma, təkrar qusma, boş nəcis və üşümə qeydə alınıb.
Qeyd edək ki, ötən gün 17 nəfərin şaurmadan zəhərlənməsi barədə xəbər vermişdik.