Rusiyada şaurmadan kütləvi zəhərlənmə olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vladimir şəhərində baş verib. Şaurma iaşə məntəqələrinə gələn 17 nəfər arasında kəskin bağırsaq infeksiyası ilə bağlı bildirişlərin alınması ilə əlaqədar sanitar-epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumata görə, zəhərlənənlərin hamısı şauarma yeyib. Mütəxəssislər nümunələr götürmək üçün ərazilərə gediblər.
Hazırda araşdırma aparılır.