Zaqatalada mağazada yanaraq ölən şəxsin kimliyi məlum olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Mosul kəndində fəaliyyət göstərən qarışıq mallar mağazasında yanğın nəticəsində dünyasını dəyişən 2001-ci il təvəllüdlü Mosul kənd sakini Raul Zeydulla oğlu Qazıyevdir.
Hadisənin baş verdiyi qarışıq mallar mağazası isə Nuru Şaban oğlu İsrafilova məxsusdur.
***
Saat 20:40
Zaqatalada mağazada yanğın olub, satıcı yanaraq ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19:30-da rayonun Mosul kəndi ərazisində fəaliyyət göstərən qarışıq mallar mağazasında baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində iş aparılır.
Yanğın zamanı mağazada satıcı işləyən gənc müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alıb. Gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı ağır yanıq xəsarətlərindən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.