Salyanda məktəbdə   12 şagird tüstüdən zəhərləndi -YENİLƏNİB
05 dekabr 2025 15:45 (UTC +04:00)

Salyanda məktəbdə 12 şagird tüstüdən zəhərləndi-YENİLƏNİB

0

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Lent.az-ın sorğusuna Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirildi ki, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

***

15:27

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 20 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar