Salyanda 22 yaşlı qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, rayonun Arvatan kənd sakini, 2001-ci il təvəllüdlü Fatimə Alyoşa qızı Qarayeva yanvarın 11-də saat 16 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi barəsində yaxınları polisə məlumat veriblər.
Hazırda Fatimə Qarayevanın tapılması istiqamətində axtarışlar davam edir.