Salyanda dəm qazından boğularaq ölən şəxslərin hərbçilər olduğu məlum olub.
Lent.az xəbər verir ki, dünyasını dəyişənlər - Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğlu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.
***
3 dekabr, saat 12:33
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.
Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.