Salyanda evdə partlayış olub, iki nəfər yanıq xəsarəti alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün Salyan şəhərində qeydə alınıb. Qaz balonunun partlaması nəticəsində şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyə Əli qızı və oğlu 2014-cü il təvəllüdlü Salmanov Qəmbər Ruslan oğlu yanıq xəsarətləri alıblar. Onların hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.