Salyanda avtomobil yeniyetməni vuraraq öldürdü
12 sentyabr 2021 20:35 (UTC +04:00)

Salyanda avtomobil yeniyetməni vuraraq öldürdü

Salyan rayonunda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

APA-mın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Düzənlik kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu "Ford" markalı avtomobil vurub. Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410

Oxşar yazılar