Salyanda azyaşlı sirkə turşusundan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Noxudlu kəndində qeydə alınıb.
Kənd sakini 3 yaşlı N. Qurbanova yaşadığı evdə nəzarətsiz qaldığı üçün sirkə turşusu içib. Azyaşlı qız zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Araşdırma aparılır.